Gəmi qəzasında ölənlərin sayı 59 nəfərə çatdı
Bu gün Egey dənizində, Türkiyənin İzmir vilayətinin Menderes rayonunun Ahmetbeyli bölgəsi yaxınlarında batan balıqçı gəmisinin sərnişinlərinin cəsədlərinin çıxarılması davam edir.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, sahildən 1 kilometr kənarda sualtı qayalıqlara çırpılan gəmidəki sərnişinlərindən yalnız 45 nəfəri xilas etmək mümkün olub.
İndiyə qədər 58 nəfərin cəsədi çıxarılıb. Ölənlərin əksəriyyəti qəza zamanı gəminin anbarında olan şəxslərdir. Miqrantlar əsasən, Pakistan, İraq və Suriya əsillidirlər. Gəmidəki 100-ə yaxın qeyri-qanuni miqranta Böyük Britaniyaya aparılacaqları vəd olunubmuş. Yerli balıqçılardan gəmini icarəyə götürən və qeyri-qanuni səfəri təşkil edən iki Türkiyə vətəndaşı polis tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Oxşar yazılar

Pələnglər 5 günə 6 qadını parçaladı
16 may 2025 , 12:34
NASA-da qalmaqal – Ay daşlarını oğurlayıb sevgilisinə hədiyyə etdi
16 may 2025 , 06:59
Trampın on birinci nəvəsi dünyaya gəldi
16 may 2025 , 02:53
8 il əvvəl itkin düşən qızın meyiti başqa ölkədə TAPILDI
15 may 2025 , 17:28
İnternetdə daxili orqanlarını satmaq istəyirdi, saxlanıldı
15 may 2025 , 14:54
Tiktoker canlı yayımda GÜLLƏLƏNDİ
15 may 2025 , 14:40
Varan yeni doğulmuş körpəni yedi
15 may 2025 , 12:48