Qafqazda dinclik yoxdu
06 sentyabr 2012 18:18 (UTC +04:00)

Qafqazda dinclik yoxdu

Şimali Qafqazda silah və partlayış səsləri ara vermir. İnquşetiyada avtomobil karvanına olan hücum zamanı 6 nəfərin öldürülməsi, 15 nəfərin yaralanması ilə nəticələnən terror aktından sonra digər Qafqaz respublikalarında da analoji hadisələr baş verib.

Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, bu gün Çeçenistanın paytaxtı Qroznıda iki partlayış olub. Əvvəlcə naməlum şəxslər şəhərin mərkəzindəki dayanacaqda quraşdırılmış bombanı işə salıblar. Nəticədə bir nəfər ölüb, bir neçə nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Şəhərin Boqdan Xmelnitski və Çukotski küçələrinin kəsişməsində isə prezident Kadırovun mühafizə xidmətinin əməkdaşlarının birinin idarə etdiyi “Toyota – Korolla” markalı avtomobil partladılıb. Polis zabiti həlak olub.

Dağıstanda Qafqaz federal avtomagistralında isə polis postu atəşə tutulub. Amma bu dəfə zərərçəkən olmayıb. Atəş açanlar aradan çıxa biliblər.

Kabardin-Balkar respublikasında isə yaraqlılarla hüquq-mühafizə orqanları işçiləri arasında atışma olub. Xasana qəsəbəsi yaxınlığındakı atışmada Hüseyn Quzuyev və Yuri Akubekov adlı iki yaraqlı öldürülüb. Qarşı tərəfdən yaralananlar var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 966

Oxşar yazılar

Pələnglər 5 günə 6 qadını  parçaladı

Pələnglər 5 günə 6 qadını parçaladı

16 may 2025 , 12:34
NASA-da qalmaqal   – Ay daşlarını oğurlayıb sevgilisinə hədiyyə etdi

NASA-da qalmaqal – Ay daşlarını oğurlayıb sevgilisinə hədiyyə etdi

16 may 2025 , 06:59
Trampın on birinci nəvəsi  dünyaya gəldi

Trampın on birinci nəvəsi dünyaya gəldi

16 may 2025 , 02:53
8 il əvvəl  itkin düşən qızın meyiti başqa ölkədə  TAPILDI

8 il əvvəl itkin düşən qızın meyiti başqa ölkədə TAPILDI

15 may 2025 , 17:28
İnternetdə daxili orqanlarını  satmaq istəyirdi, saxlanıldı

İnternetdə daxili orqanlarını satmaq istəyirdi, saxlanıldı

15 may 2025 , 14:54
Tiktoker canlı yayımda GÜLLƏLƏNDİ

Tiktoker canlı yayımda GÜLLƏLƏNDİ

15 may 2025 , 14:40
Varan yeni doğulmuş körpəni yedi

Varan yeni doğulmuş körpəni yedi

15 may 2025 , 12:48
Məşhur aktyor müharibədə həlak oldu

Məşhur aktyor müharibədə həlak oldu

15 may 2025 , 10:28