İnquşetiyada hərbçilərə hücum: 6 ölü, 14 yaralı
06 sentyabr 2012 11:19 (UTC +04:00)

İnquşetiyada hərbçilərə hücum: 6 ölü, 14 yaralı

İnquşetiyanın Sunjensk rayonunun Dattıx kəndi yaxınlığında hərbçilərdən ibarət hərbi avtomobil karvanına hücum olub. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, 7 hərbçi həlak olub, 14 nəfər yaralanıb. İnquşetiya DİN-dən yayılan xəbərə görə, hücum edənlər 10 nəfər yaraqlı olub. Yaraqlılar karvana hücum etdikdən sonra dərhal yaxınlıqdakı meşələrə çəkiliblər.


“Bu yaxşı təşkil olunmuş və planlaşdırılmış hücum olub. Hücum edənlər avtomat və mərmi atanlardan atəş açıblar. Hadisə bir göz qırpımında baş verib. Hərbçilər hücumu gözləmirlərmiş”- deyə DİN-dən bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 843

Oxşar yazılar