BMT İranın istəyini yerinə yetirdi
BMT baş katibinin daimi təmsilçisinin və Tehranın icra başçısının iştirakı ilə İranı ərəb dövlətlərindən ayıran su obyektlərinin göstərildiyi yeni atlasın təqdimatı keçirilib.
Həmin «atlas»da körfəz «Fars körfəzi» kimi göstərilib.
Lent.az-ın «İRİB»-yə istinadən məlumatında bildirilib ki, həmin atlas BMT-nin yardımı ilə hazırlanıb. Orada körfəz ətrafı dövlətlərin coğrafi mövqeyi, inkişafı və ətraf mühit haqqında məlumat öz əksini tapıb.
Məlumata əsasən, YUNESKO öz sənədlərində «Fars körfəzi» ifadəsini silmişdi. Ancaq ötən günkü təqdimatdan sonra adı çəkilən yerin yenidən belə adlanacaq gözlənilir.
Xatırladaq ki, ərəblərin «Ərəb körfəzi», farsların «Fars körfəzi» adlandırdığı bu su ərazsi tarixən «Kəngər körfəzi» adlanıb.
Yeri gəlmişkən, Körfəzdəki Ərəb Dövlətləri əməkdaşlıq şurasının xarici işlər nazirlərinin 124-cü iclasında Əbu Musa, Kiçik Tonb və Böyük Tonb adaları ilə bağlı bəyanat verərək, onun Birləşmiş Ərəb Əmirliyinin ərazisi olduğunu bildiriblər.
İranın Xarici İşlər Nazirliyi isə bunu təkzib edərək, adı çəkilən adaların İrana aid olduğunu bildirib.
Maraqlıdır, ərəb dövlətləri körfəzin adının BMT tərəfindən bu sayaq qəbulu ilə razılaşacaqmı?
Sədrəddin Soltan

Oxşar yazılar

Maşını fanatı olduğu aktrisanın darvazasına çırpdı - Şok faktlar ÜZƏ ÇIXDI
9 may 2025 , 15:45
Pedofil polis HƏBS OLUNDU: 3000-dən çox video yığıb
9 may 2025 , 12:57
Qələbə yürüşünün iştirakçıları saxlanıldı
9 may 2025 , 12:34
Bu ölkədə varlılar üçün vergilər artır
9 may 2025 , 11:51
PKK ləğv olur
9 may 2025 , 11:33
Konsert zamanı səhnə uçdu, yaralılar var
9 may 2025 , 09:28
Müdafiə naziri əmr imzaladı - Bu şəxslər ordudan qovulacaq
9 may 2025 , 08:25