Kanadadan qanlı xəbər gəldi
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, partiyanın sədri, baş nazir olacağı gözlənilən Polin Maruanın Monreal şəhərində bir konsert salonunda qələbə münasibəti etdiyi çıxış zamanı binaya silahlı hücum olub.
“İngilislər oyanır!” deyərək qışqıran 50 yaşlı bir şəxs ətrafa atəş açıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər də ağır yaralanıb. O, konsert salonunu da yandırmağa cəhd göstərib. Polin Marua çıxışını yarıda kəsməli olub. Polis atəş açan şəxsi saxlayıb. Hücum zamanı yaralanmayan Polin Marua olaydan sonra təkrar kürsüyə qayıdaraq çıxışını tamamlayıb.
Qeyd edək ki, 9 ildən sonra Kvebekdə ilk dəfə əyalətin Kanadadan ayrılaraq müstəqil dövlət olmasını istəyən bir partiya parlament seçkilərində qalib gəlib. Bu əyalətdə 8 milyon insan yaşayır və bölgədəki insanların əksəriyyəti fransızdır. Kanadanın 10 əyalətindən biri olan Kvebekdə ana dili də fransız dili, Kanadanın digər vilayətlərində isə ingilis dilidir.

4041