“Əl-Cəzirə” haker hücumuna məruz qaldı
05 sentyabr 2012 13:40 (UTC +04:00)

“Əl-Cəzirə” haker hücumuna məruz qaldı

Qətərin “Əl-Cəzirə” telekanalının saytı Suriya prezidenti Bəşər Əsədin tərəfdarı olan “Əl Reşidun” adlı haker qrupunun hücumuna məruz qalıb. Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, dünən axşam saatlarında telekanalın həm ərəb, həm də ingilis dilində işıq üzü görən saytları hücumun hədəfi olub.

Hakerlər saytlarda yerləşdirdikləri mesajda qeyd ediblər: “Bu hücum “Əl-Cəzirə” telekanalının Suriya xalqına və hökumətinə qarşı tutduğu mövqe və müxaliflərə dəstək verməsinə görə təşkil edilib”.

Haker hücumundan sonra “Əl-Cəzirə” telekanalının yaydığı açıqlama isə qeyd olunub ki, telekanalın xarici xidmətləri zərər görüb və problem qısa müddətdə aradan qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 780

Oxşar yazılar