Şimali Qafqazda 8 ayda 200 terrorçu öldürülüb
05 sentyabr 2012 11:56 (UTC +04:00)

Şimali Qafqazda 8 ayda 200 terrorçu öldürülüb

Rusiya Federasiyasının Şimali Qafqaz Respublikasında bu ilin ilk səkkiz ayı ərzində təhlükəsizlik qüvvələri ilə separatçılar arasında baş verən qarşıdurmalarda 300-dən çox insan həlak olub. Lent.az-ın Türkiyənin “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, belə bir açıqlama ilə Şimali Qafqazın Milli Antiterror Komitəsi çıxış edib.

Komitənin yaydığı açıqlamada o da qeyd olunur ki, baş verən qarşıdurmalarda 200-dən çox terrorçu ölüb, 226 terrorçu isə həbs olunub: “Həmin dövrdə 100 təhlükəsizlik işçisi həyatını itirib. Eyni zamanda, qarşıdurmalarda 25 vətəndaş öldürülüb, 110 nəfəri isə yaralanıb”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 772

Oxşar yazılar