BMT təlaşda: Suriyadan 1 ayda 100 min qaçqın
Təkcə avqust ayında Suriyadan 100 mindən artıq qaçqın Türkiyə, İordaniya və Livana sığınıb. Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə BMT-dən məlumat yayılıb. Bu, 2011-ci ildə münaqişə başlayandan bəri ən yüksək aylıq rəqəmdir.
Bununla da Suriyadan qaçqınların ümumi sayı 254 minə çatıb.
Avqust Suriya üçün zorakılıqlarla dolu bir ay olub. Müxalifətyönlü Suriya İnsan Haqları Müşahidəçilərinin məlumatına görə, avqust ayında 5000-dən artıq adam münaqişə qurbanı olub.
BMT Uşaq Fondu təkcə ötən həftə ərzində Suriyada 1600 adamın öldüyünü bildirib.

791