Suriyada qanlı döyüşlər davam edir
05 sentyabr 2012 10:10 (UTC +04:00)

Suriyada qanlı döyüşlər davam edir

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Tadamun, Yarmuka və Sit-Zeynab qəsəbələrində, o cümlədən İordaniyaya gedən magistral yolda yerləşən Lacata və Nava qəsəbələrində ağır döyüşlər gedir.

Yabrud və Zabadan şəhərlərində də döyüşlər başlayıb. Deyr-Asafir və Vad-Maşaridən də atışma səsləri gəlir. Dünən gün ərzində təkcə Dəməşq ətrafındakı qəsəbələrdə gedən döyüşlərdə 73 nəfər həlak olub. Şərqi Quta, Zuvvar, Dəkkə, Harast və Dumada isə Bəşər Əsədə sadiq qüvvələr nəzarəti bərpa edib.

Müxalifətin nəzarətində olan Hələb şəhəri isə güclü aviazərbəyə məruz qalıb. Suriya Müdafiə Nazirliyi Hələb şəhərinin yaxın 10 gün ərzində tam azad ediləcəyini bəyan edib. Türkiyə ilə sərhəddə yerləşən İdlib, İraqla sərhəddə yerləşən Əbu-Kamal şəhərlərində də qanlı döyüşlər gedir. Deyr-əz-Zorda isə Suriya Azadlıq Ordusu Suriya Hərbi Kəşfiyyatının qərargahını ələ keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1022

Oxşar yazılar