“Qafqaz Əmiri”nə ağır itki - FOTO
Gürcüstan Daxili İşlər Nazirliyinin Rusiya ilə sərhəddə keçirilən əməliyyat zamanı öldürülən 11 yaraqlıdan biri Əhməd Zakayevin şəxsi mühafizəçisi olub. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, bu, 44 yaşlı Dukvaxa Duşuyevdir.
44 yaşlı D.Duşuyev birinci Çeçenistan müharibəsində iştirak edib. Amma sonradan müxtəlif nazirliklərə başçılıq edən Əhməd Zakayevin mühafizəçisi olub. Ə. Zakayev mühacirət etdikdən sonra D. Duşuyev həbs olunub, lakin amnistiyaya düşərək azadlığa çıxıb.
Əməliyyat zamanı öldürülən digər 10 şəxs də, necə deyərlər, sıradan adamlar olmayıblar. Gürcüstan mətbuatının verdiyi məlumata görə, gürcü xüsusi təyinatlıları ilə atışmada öldürülənlərin hamısı “Qafqaz Əmiri” Doku Umarova tabe olan dəstə komandirləri olublar.
Mənbənin məlumatına görə, Umarov həmin dəstə komandirləri ilə birgə, dağlardakı sığınacaqların birində xüsusi müşavirə keçirməliymiş. Söhbət ondan gedir ki, Umarov tez-tez yerini dəyişdiyindən müşavirələri də bu və ya digər yerlərə təyin edilir. Dəstə komandirləri adətən Rusiyanın Çeçenistan respublikasının Gürcüstanla sərhədi istiqamətindən qonşu əraziyə hərəkət edirmişlər. Amma bu dəfə müşavirə yeri nədənsə Dağıstanla sərhəd istiqamətində müəyyənləşib. Dəstə komandirləri ərazini yaxşı tanımadıqlarından özləri ilə bələdçi götürmək qərarına gəliblər. Elə hər şey də təsadüfdən, bələdçinin itməsindən sonra polisə olan zəngdən başlayıb. Polis yaraqlıların izinə düşə bilib və sonucda onlar məhv edilib.
Səbuhi

Oxşar yazılar

Bu ölkədə güclü zəlzələ oldu
6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı
6 iyul 2025 , 09:49
Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı
6 iyul 2025 , 07:30Mülki təyyarə Trampın qolf klubuna yaxınlaşdı – F-16-lar havaya qalxdı
6 iyul 2025 , 06:16
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu
6 iyul 2025 , 00:38
Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23
"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15