Amerikadan Misir iqtisadiyyatına dəstək
Obama hökuməti Misirdə demokratiyanı əməli işi ilə dəstəkləməyə hazır olduğunu bildirib. Lent.az-ın «The New York Times»-a istinadən məlumatına görə, rəsmi Qahirə Vaşinqtondan ölkə iqtisadiyyatını ağır böhrandan qurtarmaq üçün milyardlarla dollar borc istəyib.
Nəşrin yazdığına görə, hələ 16 ay öncə ABŞ Misirin iqtisadiyyatına yardım etməyə hazır olduğunu bildirmişdi. Bu addımı atmaqdan ötrü Obama administrasiyası ölkədə sabitliyin yaranmasını gözləyirmiş. İndi Vaşinqton hesab edir ki, ölkə prezidenti Məhəmməd Mursi hakimiyyəti idarə etməyə qadirdir.
ABŞ Misirin borclarını silməklə yanaşı, rəsmi Qahirənin Beynəlxalq Valyuta Fonduna 4,8 milyard dollarlıq borcla bağlı müraciətini də dəstəkləyib.
Amerikalı maliyyəçilər Misir iqtisadiyyatına 375 milyon dollar həcmində sərmayə qoyuluşuna təminat verib. Bundan başqa, 60 milyon dollar isə Misirdə ticarətin inkişafı fonduna istiqamətlənəcək.
Qəzet yazır ki, ABŞ-ın bu sayaq davranışı ərəb dünyasının ən nüfuzlu dövlətinə «yaxın dövrün müttəfiqinə güvənə bilərsiniz» ismarıcı anlamına gəlir.
Sədrəddin Soltan

917