“Hizbullah” ABŞ-ı bazalarını vurmaqla hədələyir
04 sentyabr 2012 13:09 (UTC +04:00)

“Hizbullah” ABŞ-ı bazalarını vurmaqla hədələyir

Livan “Hizbullah”çıları İran hakimiyyətini müdafiə edəcəklərini bildirməklə, Tehrana sadiqliklərini sübut etməyə çalışır.

Lent.az-ın BBC-yə istinadən məlumatına görə, “Hizbullah”ın lideri Həsən Nəsrulla bu yöndə bəyanatla çıxış edib.

Livandakı baş “Hizbullah”çının sözlərinə görə, İnanın nüvə obyektlərinə İsrailin istənilən hücumu qarşılığında onlar ABŞ-ın Yaxın Şərqdəki bazalarına həmlə edəcək.

«Çox kəskin, ciddi və sərt cavab zərbəsinin endirilməsi ilə bağlı qərar qəbul edilib» - deyə, Nəsrulla Beyrut televiziyasına müsahibəsində bildirib.

“Hizbullah” lideri təhdid dolu müsahibəsində bunu da deyib: «Əgər İsrail İrana hücum etsə, ABŞ məsuliyyət daşıyacaq».

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 878

Oxşar yazılar