Portuqaliya meşə yanğınları ilə bacara bilmir
04 sentyabr 2012 11:29 (UTC +04:00)

Portuqaliya meşə yanğınları ilə bacara bilmir

Portuqaliya meşə yanğınları ilə mübarizə apara bilmir. Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, Portuqaliya hökuməti yardım üçün Avropa Birliyinə müraciət edib. Portuqaliyaya meşə yanğınları ilə mübarizə aparmaq üçün 4 yanğınsöndürmə təyyarəsi lazımdır.


Qeyd edək ki, Portuqaliyada 10-a yazın böyük meşə yanğını ocağı var. Yanğının söndürülməsinə 2 min nəfərə yaxın yanğınsöndürən cəlb edilsə də, vəziyyəti nəzarət altına almaq mümkün olmur. Güclü külək, isti və quraqlıq yanğının sürətlə yayılmasına yol açır. Artıq bir fermer fermasında yanğını söndürməyə cəhd edərkən həyatını itirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 562

Oxşar yazılar