Rusiya Çinə İrandan çox neft satır
04 sentyabr 2012 11:10 (UTC +04:00)

Rusiya Çinə İrandan çox neft satır

Lent.az-ın İTAR-TASS-a istinadən məlumatına görə, 2004-cü ildən bəri ilk dəfə olaraq, Rusiya Çinə neft idxalına görə İranı ötüb.

Çin Xalq Respublikası Baş Gömrük İdarəsinin məlumatına əsasən, cari ilin ilk 7 ayı ərzində Rusiyadan Çinə tədarük olunan neftin həcmi 37 faiz artaraq, orta hesabla gündəlik 500 min barrel təşkil edib.

Bu müddət ərzində İrandan Çinə idxal olunan «qara qızıl» 22 faiz azalaraq, orta hesabla gündəlik 433 min barrel olub. Ötən il isə İrandan Çinə ötürülən neft Rusiyanın bu ölkəyə tədarükündən 41 faiz artıq olmuşdu.

Belə bir halın yaranması, heç şübhəsiz, İrana qarşı tətbiq edilən sanksiyalarla bağlıdır.

2011-ci ilin yanvarından Rusiya - Çin neft kəmərinin istismara verilməsi Pekinin işini xeyli asanlaşdırıb. Son bir ildə bu kəmərlə Çinə 15 milyon ton xam neft ötürülüb.

Bunu İran hakimiyyətinin ən böyük alıcısını yavaş-yavaş itirməsi kimi də dəyərləndirmək olar.

Tehran isə elə ciddi itkilərinin olmadığını iddia etməkdədir.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 645

Oxşar yazılar