“Kokain kraliçası” öldürüldü
04 sentyabr 2012 10:35 (UTC +04:00)

“Kokain kraliçası” öldürüldü

Kolumbiyada “Kokain kraliçası” ləqəbi ilə məşhur olan narkotacir Qrizelda Blanko öldürülüb. Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, naməlum şəxslər 69 yaşlı Qrizelda Blankonu ət mağazasından çıxarkən güllələyiblər.
Qeyd edək ki, Qrizelda Blanko 1970-ci illərdə Kolumbiyadan ABŞ-a böyük həcmdə kokain aparılmasını təşkil etməyə başlayıb və on ildən çox bu işlə məşğul olub. O, 1985-ci ildə ABŞ-da yaxalanıb, 2004-cü ildə azadlığa buraxılaraq, Kolumbiyaya göndərilib. Qrizelda Blankonun yaxınları onun azadlığa çıxdıqdan sonra narkomafiya ilə əlaqələrini kəsdiyini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1146

Oxşar yazılar