Suriya-Türkiyə sərhədində 10 minlik qaçqın ordusu
03 sentyabr 2012 14:52 (UTC +04:00)

Suriya-Türkiyə sərhədində 10 minlik qaçqın ordusu

Dünəndən 10 minə yaxın suriyalı qaçqın Suriya-Türkiyə sərhədinin neytral zonasına yığışıb. Lent.az-ın Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, yaralı müxaliflərlə birgə yüzlərlə uşağın da olduğu qaçqın ordusu Hatayın Yayladağı kəndi ilə üzbəüz Türkiyəyə keçmək üçün növbə gözləyir.

Türkiyə tərəfi isə bir gündə bu qədər qaçqının hara yerləşdirəcəyini həll etməklə məşğuldur. Yeni düşərgələrin salınacağı isə gecikir. Suriyalı qaçqınlar gündüzün istisi gecənin soyuğunda neytral ərazidə ac-susuz qalsalar da, geri ölkələrinə dönmək istəmədiklərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 989

Oxşar yazılar