Malidə konsulun başını kəsdilər
Malinin şimalına tam nəzarət edən islamçı qruplaşmanın üzvləri dünən Əlcəzairin bu ölkədəki konsulunun başını kəsərək öldürüblər. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, “əl-Qaidə”yə yaxınlığı ilə tanınan qrup üzvləri konsul Tahara Tutaini gecə qətlə yetiriblər.
Tuati və daha dörd əlcəzairli diplomat bu il aprel ayında Qoa şəhərində girov götürülmüşdü. Bu il avqustunda malili qruplaşma Əlcəzairə ultimatum verərək bu ölkədə həbsdə olan üç “əl-Qaidə” üzvünün azad olunmasını tələb etmişdilər. Əlcəzair isə bu tələbə məhəl qoymamışdı. İndi üç əlcəzairli diplomatın aqibətinin necə olacağı da bəlli deyil.

1097