Suriyadan ziddiyyətli xəbərlər
03 sentyabr 2012 11:07 (UTC +04:00)

Suriyadan ziddiyyətli xəbərlər

Suriyanın Hələb şəhərində döyüşlər intensiv xarakter almağa başlayıb. Bölgədə jurnalistlərin fəaliyyəti həddən artıq məhdud olduğundan ziddiyyətli xəbərlər gəlir. Lent.az-ın Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, müxalif Suriya Azadlıq Ordusu (SAO) artıq Əsəd qoşunlarının təyyarə və vertolyotlarını hədəfə almağa başlayıblar. Gələn xəbərlərə görə, müxalifət hava hücumundan müdafiə üçün kifayət qədər raket əldə edib.

Bu arada o da məlum olub ki, SAO əsgərləri Suriyanın İraq sərhədinə yaxın Albu Kamal hərbi bazasını və aerodromunu ələ keçiriblər.

Rəsmi Dəməşqə yaxın telekanallar isə tamam fərqli xəbərlər verirlər. Suriya dövlət telekanalının məlumatına görə, hərbi hava qüvvələri müxaliflərin Hələbin Bustan-əl-Başa istiqamətində yerləşən komanda məntəqəsini məhv ediblər. Kanalın məlumatına görə, onlarla ölən və yaralanan var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1545

Oxşar yazılar