Avropada lampa qadağası qüvvəyə mindi
01 sentyabr 2012 17:43 (UTC +04:00)

Avropada lampa qadağası qüvvəyə mindi

Avropa Birliyi Komissiyasının 3 il əvvəl yüksək elektrik enerjisi sərf edən elektrik lampalarının istifadəsinə qadağa qoyulması barədə qərarı bu gün qüvvəyə minib.

Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Avropa Birliyi ölkələrində artıq yalnız elektrik enerjisini qənaətlə sərf edən elektrik lampaları istifadə ediləcək.

Ancaq yeni elektrik lampalarda civə olduğu üçün ətraf mühitə ciddi ziyan verməsi gözlənilir və bu da ciddi narahatlıqlara, tənqidlərə yol açır. Qənaətli lampaların hazırlanmasında 5 milliqrama qədər civədən istifadə edilməsinə icazə verilir. Lakin az miqdarda civə belə son dərəcədə zəhərlidir. Buna görə də belə lampalar sıradan çıxan zaman onların zəhərli materiallar üçün ayrılmış zibil qablarına toplanması, ayrıca zibillikdə yığılması vacib sayılır. Hazırda dünyada sıradan çıxan bu lampaların yalnız 20 faizi bu şəkildə ayrıca toplanır. 80 faizi isə digər zibillərlə birlikdə atıldığı üçün ətraf mühitə ciddi ziyan verir.

Həm də mütəxəssislər bu lampalar quraşdırılarkən qırılarsa, havaya qaz halında civə yayıldığı üçün dərhal pəncərənin açılıb, evin havasının dəyişdirilməsini məsləhət görürlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2149

Oxşar yazılar