“Milan”ın məşhur futbolçusu gürcü müxalifətinin başında - FOTO
01 sentyabr 2012 12:30 (UTC +04:00)

“Milan”ın məşhur futbolçusu gürcü müxalifətinin başında - FOTO

Siyahıda ilk yerdə İtaliyanın məşhur “Milan” klubunun sabiq futbolçusu, indi isə həmin ölkənin “Cenoa” klubunun şərəfini qoruyan Kaxa Kaladzenin adı gəlir.

Lent.az-ın Gürcüstan KİV-ə istinadən verdiyi xəbərə görə, əslində seçkidə iştirak edən bütün partiya və bloklar seçki siyahılarında ilk yerdə duracaq adamlarının adlarını hələ bir həftə əvvəldən açıqlamışdılar. Bu məsələdə təkcə Gürcüstan arzusu partiyasında susqunluq idi. Budur, indi Saakaşvilinin bir nömrəli rəqibləri də öz siyahılarını açıqlayaraq hamını şoka sala bildilər.

Maraqlıdır ki, dörd il əvvəl Gürcüstanda siyasi böhran vaxtı Kaladze Saakaşvilini dəstəkləmişdi. Ölkəsində olduqca böyük nüfuza malik Kaxanın dəstəyi Saakaşvilinin böhrandan çıxmasında az rol oynamamışdı.

İndi isə məşhur futbolçu müxalifəti, daha doğrusu onun lideri, milyarder Bedizna İvanaşvilinin dəstəkləmək qərarına gəlib.

Səbuhi
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2309

Oxşar yazılar