Ata homoseksual oğlunu güllələdi
31 avqust 2012 23:10 (UTC +04:00)

Ata homoseksual oğlunu güllələdi

Türkiyədə ata cinsi azlığa mənsub olan oğlunu güllələyərək qətlə yetirib. Lent.az-ın “habertürk”ə istinadən verdiyi məlumata görə, Diyarbəkr vilayətində 17 yaşlı R.A. evlərində daim şiddətə məruz qaldığına görə dostunun mənzilinə qaçıb. Lakin atası və əmiləri R.A-nı rahat buraxmayıblar.

Avqustun 30-da R.A-nı küçədə görən əmisi onunla mübahisə etməyə başlayıb. Çox keçmədən oğlanın atası da özünü çatdırıb, oğluna tapançadan 14 dəfə atəş açıb. Ata və əmisi R.A-nın meyitini yol kənarına ataraq qaçıb.

Hər iki şəxs polis tərəfindən tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4401

Oxşar yazılar