Suriyadan Ermənistana qaçan erməniyə Türkiyə sığınacaq verdi
Suriyalı erməni Jan Hendyanın səkkiz nəfərdən ibarət ailəsi İrəvanın “Zvartnots” hava limanının neytral zonasında üç gün qaldıqdan sonra bu səhər Ermənistanı tərk edərək, Türkiyəyə gedib. Artıq Türkiyədə sığınacaq alan ailə İstanbulda hotellərdən birində yerləşdirilib. Lent.az-ın BBC-ə istinadən verdiyi məlumata görə, bu barədə yerli informasiya vasitələrinə Hendyanın Ermənistanda yaşayan qohumları bildiriblər.
Məlumata görə, Jan Hendyanla həyat yoldaşı, üç qızı və onların beş azyaşlı uşaqları Suriyada davam edən qanlı vuruşmalardan Ermənistana pənah gətiriblər. Amma onlar ölkəyə daxil ola bilməyiblər. Üç gün hava limanında gecələməyə məcbur olublar.
Ermənistan polisi ailə üzvlərinin milliyyətcə erməni olduğunu sübut edən sənəd olmadığına görə onlara ölkəyə daxil olmaq üçün viza verməyib.

1124