Azərbaycanla sərhəddə 7 nəfəri öldürən hərbçi vəhhabi olub - FOTO
Lent.az-ın Dağıstan KİV-ə istinadən verdiyi məlumata görə, bu, sərhəd qoşunlarında müqavilə əsasında xidmət edən Ramazan Əliyev olub. Məlumata görə, onun vəhhabi təriqətinə mənsub olduğu müəyyənləşib. Ramazan Əliyevin avqustun 28-də zastavada hərbçiləri güllələmək tapşırığı isə “Qafqaz Əmirliyi”nin “əmiri” Doku Umarvodan aldığı bildirilir.
Şahidlərin verdiyi məlumata görə, Əliyev zastavadakı əsgər yoldaşlarını güllələyərkən “Allahu Əkbər” deyə qışqırırmış. Onun əlində haradan əldə etdiyi bəlli olmayan avtomat və qumbaralar olub.
Şahidlərin verdiyi məlumata görə, Əliyev zastavadakı əsgər yoldaşlarını güllələyərkən “Allahu Əkbər” deyə qışqırırmış. Onun əlində haradan əldə etdiyi bəlli olmayan avtomat və qumbaralar olub.
5241