Ərəb şeyxinin “Muhteşem Yüzyıl” görməmişliyi - FOTO
Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, dünən Sultan Süleyman Qanuni rolunu canlandıran Halit Ergenç, Hürrəm Sultanı canlandıran Məryəm Uzerli də daxil olmaqla, bütün aktyorların olduğu TEM Studiyasındakı çəkiliş meydanında gözlənilməz olay yaşanıb.
5 “Mercedes” markalı avtomobildən ibarət maşın karvanı çəkiliş meydançasına yaxınlaşıb. Avtomobillərdən enən 2 kişi və 7 qadını 10 mühafizəçi müşayiət edib. Məlum olub ki, çəkiliş meydanına gələn Birləşmiş Ərəb Əmirliklərinin müdafiə naziri Şeyx Məhəmməd Bir Rəşid Əl Maktoumun qardaşıdır. Çəkiliş meydanına ailəsi ilə birlikdə gələn şahzadə birbaşa heyranı olduğu Sultan Süleyman Qanuni rolunu oynayan Halit Ergençə yaxınlaşıb. Şahzadə ilə gələn 7 qadın isə Hürrəm Sultan rolunu canlandıran Məryəm Uzerlinin yanına qaçıb, onu tərifləməyə başlayıblar.
Bu ziyarət 45 dəqiqə davam edib və həmin müddət ərzində teleserialın yeni bölümünün çəkilişlərini dayandırmaq məcburiyyəti yaranıb. Şahzadə və yanındakılar aktyorlarla fotoşəkillər çəkdirdikdən sonra maşın karvanı ilə çəkiliş meydanından ayrılıblar. Şahzadənin teleserial aktyorları ilə tanış olmaq üçün Türkiyə Xarici İşlər Nazirliyindən xahiş etdikləri və bu xahiş qəbul olunduqdan sonra ziyarətin gerçəkləşdiyi də üzə çıxıb.

Oxşar yazılar

Bu ölkədə güclü zəlzələ oldu
6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı
6 iyul 2025 , 09:49
Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı
6 iyul 2025 , 07:30Mülki təyyarə Trampın qolf klubuna yaxınlaşdı – F-16-lar havaya qalxdı
6 iyul 2025 , 06:16
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu
6 iyul 2025 , 00:38
Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23
"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15