Yenə yazı, yenə ayə, yenə mövhumat - FOTO
30 avqust 2012 17:20 (UTC +04:00)

Yenə yazı, yenə ayə, yenə mövhumat - FOTO

Lent.az-ın Dağıstan Dövlət Televiziyasına istinadən verdiyi xəbərə görə, Sayxanın əlinin üstündə peyda olmuş ərəbcə yazılar əvvəl ailə üzvlərini, sonra isə bütün kəndi şoka salıb. Yerli məscidin imamı Molla Məhəmməd isə bu “möcüzə”ni görəndə özündən gedib.

Məlum olub ki, neçə gündür Sayxanın əllərinin üstünə ərəbcə Qurandan ayə peyda olur.
İndi Sayxanın yaşadığı ev nəinki Xasavyurtdan, ətraf kəndlərdən gələnlərin də ziyarətgahına çevrilib.

Dağıstan Respublikasının dəri-zöhrəvi dispanserinin baş həkimi Aqlar Umaxanovun bildirdiyinə görə isə, Sayxanın əlinin üstündəkilər süni, yəni kənardan yazılan yazılardır.

“Həmin yazılar bir müddətdən sonra yoxa çıxır, sonra yenə kimsə əlin üstünü yazır” - deyə, baş həkim bildirib.

Səbuhi
# 2502

Oxşar yazılar