Xamneyidən qəzəbli sözlər
30 avqust 2012 16:44 (UTC +04:00)

Xamneyidən qəzəbli sözlər

İranın dini lideri ayətulla Seyid Əli Xamneyi nüvə proqramını həyata keçirməkdən imtina etməyə hazırlaşmadığını bəyan edib.



Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, İranın nüvə silahı yaratmaq niyyətində olmadığını, atom enerjisindən istifadə etmək istədiyini dilə gətirən Əli Xamneyi deyib ki, onları “Nüvə enerjisi hamı, nüvə silahı heç kim üçün!” şüarını əsas götürüblər.



Tehranda keçirilən Qoşulmama Hərəkatının sammitində çıxış edən İranın dini lideri BMT Təhlükəsizlik Şurasını da tənqid edib: “BMT Təhlükəsizlik Şurasının tərkibi qeyri-rasional, ədalətsiz və tamamilə qeyri-demokratikdir. BMT Təhlükəsizlik Şurası tam diktatura formasıdır”.
# 1969

Oxşar yazılar