Türkiyəyə qarşı təhlükəli “üçbucaq”
30 avqust 2012 16:41 (UTC +04:00)

Türkiyəyə qarşı təhlükəli “üçbucaq”

İraq hökuməti PKK terror təşkilatına müasir hava hücumundan müdafiə sistemləri və raket kompleksləri verib. Lent.az-ın verdiyi məlumata görə, bu müdhiş iddia Türkiyənin “Yeni Şəfəq” qəzetində yer alıb.





Qəzet yazır ki, bu silahlar hərbi qüvvələri İraqı tərk edən ABŞ tərəfindən İraq ordusuna təhvil verilib. Türkiyəyə düşmən münasibəti ilə seçilən Nuri əl-Malikinin rəhbərlik etdiyi hökumət isə bu silahların önəmli qismini İraqın şimalında bazaları yerləşən PKK terror təşkilatına ötürüb.



“Yeni Şəfəq” vurğulayır ki, hazırda Türkiyə 3 qonşusunun birmənalı dəstəklədiyi PKK terror təşkilatı ilə üz-üzədir: “Hazırda Suriyada Bəşər Əsəd rejimi ilə PKK arasında münasibətlərdə bahar ab-havası yaşanır. İran isə bir müddətdir ki, qapalı saxladığı Şehidan düşərgəsini yenidən PKK-nın istifadəsinə verib. Bölgədəki üçbucağın son və ən önəmli nöqtəsi isə İraqdır. Gözünü Türkiyəyə düşmənçiliyi örtən İraqdakı Malik hökuməti İranın ikinci qolu kimi hərəkət edir. Türkiyənin Şəmdinli və Çukurca bölgələrində hərbi birliklər son vaxtlar məhz bu silah sistemlərindən atəşə tutulur. Vəziyyət 1990-cı ildəkinə bənzəyir. Türkiyə köhnə Türkiyə deyil, ancaq Orta Şərqin tarixinin yenidən yazıldığı bir dönəmdə yaranmış vəziyyət təhlükəlidir. Türkiyə PKK terror təşkilatı ilə 30 illik mübarizə tarixində kritik bir dönəmdən keçir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2158

Oxşar yazılar