“Atomun atası” iş başında
Lent.az-ın «Wall Street Journal»-a istinadən məlumatında bildirilib ki, bir neçə il öncə o, islam Respublikasının hakimiyyəti ilə münaqişəyə görə atom sahəsindəki fəaliyyətdən uzaqlaşmışdı.
Jurnal onu ABŞ-ın «atom bombasının atası» Robert Oppengeymerlə müqayisə edib.
Fəxrizadə İnqilab Keşikçiləri Qvardiyasında yüksək vəzifələrdən birini tutaraq, nüvə başlıqlarının hazırlanmasına rəhbərlik edirmiş.
2006-cı ildə o, hakimiyyəti laboratoriyanın maliyyələşdirilməsini dayandırmaqda ittiham edərək, layihəni tərk etmişdi. Onun bu addımı könüllü olaraq atması şübhəli qarşılansa da, bir il sonra ABŞ-ın kəşfiyyat qurumları Tehranın nüvə proqramını dondurduğu barədə açıqlama vermişdi.
İndiki şəraitdə onun yenidən işə başlaması da müəmmalıdır. Ehtimal olunur ki, onun atom sahəsində yenidən işə başlamasına hakimiyyətdəki nüfuzlu dostları səbəb olub. Belələrindən biri İran prezidentinin müavini, İran atom proqramının rəhbəri Firudin Abbasi-Divandır. O, əvvəllər Fəxrizadənin tabeçiliyində çalışıb.
Sədrəddin Soltan

1845