ŞOK! Venesuelada kütləvi hindu qətliamı
30 avqust 2012 14:08 (UTC +04:00)

ŞOK! Venesuelada kütləvi hindu qətliamı

Lent.az-ın Associated Press-ə istinadən verdiyi xəbərə görə, yerli yanomami qəbiləsi Venesuela hökumətinə müraciət edərək, baş vermiş faciənin araşdırılması və cinayətkarların cəzalandırılmasını tələb ediblər.



Şahidlərin dediyinə görə, tropik meşələrdə İrotateri adlanan yerdə yaşayan 80 hindu qətlə yetirilərək, yandırılıb.



Məlumata görə, yanomami qəbiləsinin yaşadığı ərazidə qızıl yataqları mövcuddur. Bu cinayəti isə qızılaxtaranlar törədiblər.



Venesuela hökuməti hələ ki baş verənləri şərh etməyib. Amma buna qədər yanomami qəbiləsi qızılaxtaranların onları təhdid etməsi ilə bağlı dəfələrlə hakimiyyət orqanlarına şikayətlər ediblər.
# 3062

Oxşar yazılar