İrana oyun sanksiyası
30 avqust 2012 14:04 (UTC +04:00)

İrana oyun sanksiyası

Bütün dünyada milyonlarla insanın oynadığı onlayn “World of Warcraft” oyununu bundan sonra İranda oynamaq mümkün olmayacaq.



Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, populyar oyunun yaradıcısı Blizzad ABŞ-ın İrana tətbiq etdiyi iqtisadi sanksiyalar səbəbindən belə qərar verdiklərini söyləyib.



Blizzad bildirib ki, bundan sonra ABŞ-ın iqtisadi sanksiyalar tətbiq etdiyi ölkələrin vətəndaşları onların onlayn oyunlarına daxil ola bilməyəcəklər. O, iranlı oyunçuların “World of Warcraft” oyununu üçün ödədikləri pullarını geri almalarının da mümkün olmayacağını da nəzərə çatdırıb.



Qeyd edək ki, iranlıların “World of Warcraft” oyunu ilə bağlı problemləri keçən həftə başlayıb. Bir çox iranlı oyunçu bir anda oyundan çıxarılıb və yenidən oyuna daxil ola bilməyiblər.
# 1010

Oxşar yazılar