Dəniz quldurları Yunanıstanın tankerini qaçırdılar
Toqo sahillərində Yunanıstana məxsus yanacaq məhsulları yüklənmiş tanker Somali dəniz quldurları tərəfindən qaçırılıb. Lent.az-ın “Cihan” agentliyinə istinadən verdiyi məlumata görə, yunan gəmi kapitanından başqa, 24 heyət üzvündən 23-ü Rusiya vətəndaşıdır.
Girov götürülən heyət üzvlərinin səhhətinin yaxşı olduğu bildirilir. Rusiya Xarici İşlər Nazirliyi məlumatı təsdiq edib. Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunur ki, Toqo sahil mühafizə xidməti “Energy Centurion” tankerini təqib etsə də, gəmini azad edə bilməyiblər. Gəmi Nigeriya sahillərinə doğru hərəkət edir.
Dəniz quldurlarının İngiltərə bayrağı ilə üzən tankeri girov saxlamaq üçün qaçırmadıqları, tankerdəki 50 min ton dizel və benzini oğurlamaq istədikləri iddia olunur.

1076