Qoşulmama Hərəkatı Suriya böhranının həllini axtaracaq
30 avqust 2012 10:10 (UTC +04:00)

Qoşulmama Hərəkatı Suriya böhranının həllini axtaracaq

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu avqustun 29-da İranın xarici işlər naziri Əli Əkbər Salehi bəyan edib.

Tehranda keçirilən mətbuat konfransında Əli Əkbər Salehi deyib ki, digər beynəlxalq təşkilatların Suriya məsələsinə cəlb edildiyi bir vaxtda Qoşulmama Hərəkatı bir tərəfdə qala bilməz. Qoşulmama Hərəkatının Suriya məsələsi ilə əlaqədar yaratdığı qrupa İran, Misir, Venesuela, Livan və İraq daxildir. İran, Misir və Venesuela Qoşulmama Hərəkatının fəaliyyətdə olan, bundan əvvəlki və gələcək sədridir.

Qeyd edək ki, Azərbaycan da Qoşulmama Hərəkatının üzvüdür. Tehranda keçirilən sammitdə Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Elmar Məmmədyarov başçılıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 793

Oxşar yazılar