Dağıstan müharibə astanasında: özünümüdafiə dəstələri yaradılır
29 avqust 2012 18:00 (UTC +04:00)

Dağıstan müharibə astanasında: özünümüdafiə dəstələri yaradılır

Dağıstan Respublikasının prezidenti Maqomedsalam Maqomedov ölkəsinin bütün inzibati vahidliklərinin başçılarına xüsusi göstəriş verib. Lent.az-ın Dağıstan KİV-ə istinadən verdiyi xəbərə görə, Maqomedov Təhlükəsizlik Şurasının təcili keçirilən iclasında respublikada vətəndaşların təhlükəsizliyinin qorunması üçün özünümüdafiə dəstələrinin yaradılması barədə tapşırıq verib.



“İnfox” agentliyinin yaydığı məlumata görə, prezident bildirib ki, hər bir şəhərdə, hər bir rayonda gənclər özünümüdafiə dəstələri və drujinalar yaratmalıdır. “Onlar hüquq-mühafizə orqanları ilə birgə öz rayonunda, şəhərində, kəndində təhlükəsizliyin təmin olunmasında səy göstərməli, bandit və terrorçuların layiqli cavabını verməlidir. Mən bütün rayon rəhbərlərinə tapşırıram. Bu işə dərhal başlanılmalıdır” - deyə Maqomedov bildirib.



Xatırladaq ki, dünən Dağıstanda respublikanın nüfuzlu din xadimi Səid Əfəndi 7 nəfərlə birgə terror nəticəsində qətlə yetirilib. Dərbənd yaxınlığındakı Bilici qəsəbəsi yaxınlığındakı sərhəd zastavasında isə əsgər 8 nəfəri öldürüb.



Səbuhi
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3840

Oxşar yazılar