“Bin Laden öldürülən zaman silahsız idi”
29 avqust 2012 19:21 (UTC +04:00)

“Bin Laden öldürülən zaman silahsız idi”

“Əl-Qaidə” lideri Üsamə Bin Ladeninin öldürülməsi üçün Pakistanda 2011-ci ilin may ayında keçirilən əməliyyatda iştirak edən amerikalı xüsusi təyinatlılarından Matt Bissonettin yazdığı kitab mübahisələrə yol açıb. Lent.az-ın verdiyi məlumata görə, “Huffington Post” qəzeti keçmiş xüsusi təyinatlının “Mark Ouen” təxəllüsü ilə yazdığı “No Easy Day” adlı kitabda Üsamə Bin Laden öldürüldüyü zaman yaşananlardan bəhs edilən səhifələrin bir bölümünü açıqlayıb.





Matt Bissonett yazır ki, üst mərtəbəyə çıxmağa beş addım qalarkən silah səsləri eşidib və Üsamə Bin Laden qaranlıq otağa girib. Qeyd edək ki, bundan əvvəl bir çox mətbu orqanda “əl-Qaidə” liderinin öldürülməzdən əvvəl müqavimət göstərdiyi və əsgərlərə atəş açdığı iddia olunmuşdu. Kitabda isə bu iddialar təkzib edilir. Matt Bissonett qeyd edir ki, xüsusi təyinatlılar otağa girən zaman Üsamə Bin Laden can verirmiş. Həmin vaxt onun başı üstündə bir qadın fəryad edirmiş: “Başından qan və beyin parçaları axırdı. Silahlarımızdakı lazerləri Üsamə Bin Ladenin sinəsinə yönəltdik və bir neçə dəfə atəş açdıq. Hərəkətsiz qalana qədər güllələdik”.

Daha sonra xüsusi təyinatlılar ölən şəxsin Üsamə Bin Laden olduğundan əmin olmaq üçün bir neçə dəfə başına baxıblar.



Kitabda diqqət çəkən başqa bir detal da zamanı olmasına baxmayaraq, “əl-Qaidə” liderinin xüsusi təyinatlılara müqavimət göstərməməsidir. Matt Bissonett yazır ki, Üsamə Bin Ladenin otağında bir bir “Kalaşnikov” avtomatı və bir “Makarov” tapançası tapılsa da, hər iki silah boş olub. Bu durumu təəccüblə qarşılayan Matt Bissonett Bin Ladenin özünü qorumaq üçün hazırlıq görmədiyini vurğulayır: “Bin Ladenin atışmaya girməyə heç niyyəti yox idi. On illərdir ki, tərəfdarlarına intihar hücumları həyata keçirmələrini, təyyarələri binalara çırpmalarını məsləhət görən Üsamə Bin Laden silahdan belə istifadə etmədi. Onun bir fenomen olduğunu bir daha gördük”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2130

Oxşar yazılar