Staloninin ailəsində növbəti faciə
29 avqust 2012 14:15 (UTC +04:00)

Staloninin ailəsində növbəti faciə

Hollivud ulduzu Silvestr Staloninin bacısı Toni-Enn Viliti ölüb. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, 48 yaşlı Toni-Enn Viliti xərçəng xəstəliyindən əziyyət çəkib.





O, avqustun 26-da vəfat edib və anası Jaklin Staloni bu barədə bu gün jurnalistlərə məlumat verib.



Qeyd edək ki, bir ay əvvəl Silvestr Staloninin böyük oğlu Seyc Staloni həyatını itirib. 36 yaşlı Seyc Staloni aktyor, rejissor və kinoprodüser olub. O, iyulun 14-də Hollivuddakı evində ölü tapılıb.
# 2484

Oxşar yazılar