Əsəd: “Zamana ehtiyacımız var...”
29 avqust 2012 12:32 (UTC +04:00)

Əsəd: “Zamana ehtiyacımız var...”

Suriya prezidenti Bəşər Əsəd Türkiyənin təklifinə münasibət bildirib.

Lent.az-ın verdiyi məlumata görə, “Ed Dünya” telekanalına müsahibə verən Bəşər Əsəd deyib ki, Suriyada neytral bölgə yaradılması fikri real deyil. Bəşər Əsəd Suriyadakı savaşı qazanmaq üçün zamana ehtiyacları olduğunu da bildirib.



Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkiyədəki suriyalı qaçqınların sayının 100 minə çatması halında Suriya sərhədləri daxilində bir neytral bölgənin yaradılmasının müzakirə mövzusu olacağını söyləyib. Türkiyənin sabah Nyu-Yorkda keçiriləcək BMT Təhlükəsizlik Şurasının toplantısında bu məsələni gündəmə gətirməsi gözlənilir. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən Rusiya və Çin bu təklifə müsbət yanaşmır, ABŞ isə təmkinli yanaşır. Fransa isə Türkiyənin bu təklifi üzərində çalışdıqlarını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1289

Oxşar yazılar