Böyük Britaniya şahzadəsinə pornofilm təklifi
28 avqust 2012 21:34 (UTC +04:00)

Böyük Britaniya şahzadəsinə pornofilm təklifi

Keçən həftə Las-Veqasdakı bir ziyafətdə çəkilmiş çılpaq fotoşəkilləri mətbuatda yayılan Böyük Britaniya şahzadəsi Harriyə pornofilmdə çəkilmək təklif olunub. Lent.az-ın “The Sun” qəzetinə istinadən verdiyi məlumata görə, pornofilm sektorunda fəaliyyət göstərən nəhəng “Vivid Entertainment” şirkətinin sahibi Stiv Hirç şahzadənin pornofilmdə çəkilməsi üçün 10 milyon dollar təklif edib.



Stiv Hirç şahzadə Karlos və şahzadə Diananın kiçik oğulları olan Harriyə təklifini yazılı şəkildə, məktubla çatdırıb.



Qeyd edək ki, Böyük Britaniya kral ailəsi hələ şahzadə Harrinin Las-Veqasdakı ziyafətdə çəkilmiş çılpaq şəkillərinə münasibət bildirməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3063

Oxşar yazılar