İnanılmaz addım...
28 avqust 2012 20:38 (UTC +04:00)

İnanılmaz addım...

Afrikanın qərbində yerləşən Toqoda prezident Faure Gnassingbenin istefasına nail olmaq üçün avqustun 27-dən başlayaraq, qadınlar bir həftə ərləri ilə cinsi əlaqədə olmamağa çağırılıb.

Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, seks tətili çağırışının müəllifi 9 qeyri-hökumət təşkilatı və 7 müxalif partiyanın bir araya gəldiyi “Toqonu Xilas Edək!” koalisiyasıdır.

Koalisiyanın qadın bölməsinin rəhbəri İsabelle Ameganvi bu aksiyanın ölkədə siyasi dəyişikliyə nail olmaq üçün bir silah kimi istifadə edilə bilinəcəyini söyləyib. O, 2003-cü ildə oxşar addım atan liberiyalı qadınlardan nümunə götürdüklərini bildirib. Müxalifət 6,6 milyon əhalisi olan Toqoda 45 ildir ki, hakimiyyətdə olan Gnassingbe ailəsinin hakimiyyətdən çəkilməsini istəyir. 38 il hakimiyyətdə olub, 2005-ci ildə ölən atası Eyadema Gnassingbenin yerinə keçən Faure Gnassingbe 2010-cu ildə yenidən prezident kürsüsünə yiyələnib.
# 2029

Oxşar yazılar