Başına 200 milyon dollar qoyulan komandir danışdı - FOTO
Suriya Azadlıq Ordusunun komandanı Abdulkadir əs-Salahın açıqlamaları yayılıb. Lent.az-ın Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, başına Bəşər Əsəd tərəfindən 200 milyon dollar pul qoyulan Salah maraqlı açıqlamalar verib. Salah bildirib ki, Hələbin böyük hissəsinə nəzarət edirlər və tezliklə bu şəhər bütünlüklə onların əlinə keçəcək. “Əsəd üstümüzə təyyarə, tanklar göndərir. Amma unudur ki, bunlar bizim üçün heç nədir. O, onu da yaddan çıxarıb ki, əsgərlərinin psixoloji durumu belə rəzil vəziyyətdədir. Onlar vuruşmaq istəmirlər”.
Salahın dediyinə görə, məğlub olduğunu hiss edən Əsəd ona görə aramsız hava bombardmanlarına üstünlük verir. “Bölgədə insanlıq dramı yaşanır. 600-700 kiloqramlıq bombalar 3, 4, 5 mərtəbəli binaları kibrit qutusu kimi yıxır. Ölü sayını itirmişik. Ən adi tibbi yardımdan belə məhrumuq. Amma bu da onu xilas edə bilməyəcək. Hələbin Əsəd qoşunlarından azad edilməmiş bir neçə məhəlləsi qalıb. Onu da tutduqdan sonra şəhər tam əlimizdə olacaq”.
Suriya ordusunun kimyəvi silahlardan istifadə edə biləcəyini deyən Salah onu da qeyd edib ki, artıq müxalif əsgərlərə kimyəvi silahlardan qorunmaq üçün xüsusi maskalar belə paylanıb.
Salahın şok açıqlaması isə jurnalistlərlə bağlıdır. Komandirin dediyinə görə, iki gün əvvəl onlar Əsədin xüsusi təyinatlı qrupu sayılan “Şabbiha”nın yüksək mənsəbli bir zabitini əsir götürüblər. Həmin zabit dindirmə zamanı etiraf edib ki, az öncə Bəşər Əsədin yanında keçirilən xüsusi toplantıda Suriyada döyüş bölgələrində reportaj hazırlayan mətbuat nümayəndələrinin sıradan çıxarılması və bu işin müxalif əsgərlərin gördüyünə dair rəy yaradılması barədə razılığa gəlinibmiş. “Elə yapon jurnalisti də “Şabbiha”nın adamları öldürüblər”- deyə, Salah bildirib.
Səbuhi

6467