Arktika buzlaqları yox olur...
28 avqust 2012 19:20 (UTC +04:00)

Arktika buzlaqları yox olur...

Arktika buzlaqlarının sahəsi rekord həcmdə azalıb.

Lent.az-ın “Nature News” dərgisinə istinadən verdiyi məlumata görə, avqustun 26-da çəkilmik peyk görüntülərinə əsasən Arktika buzlaqlarının sahəsi 4,1 milyon kvadratmetrə qədər azalıb.

Bu, 2007-ci il sentyabrın 18-də qeydə alınan rekord göstəricidən 70 min kvadratmetr azdır. Alimlər isə bu azalma rekordunun son olmadığını, Arktikada buzlaqların əriməsinin minimum bir neçə həftə də davam edəcəyini bildirirlər. Alimlərə görə, buzlaqların sahəsi 4 milyon kvadrat metr psixoloji minimumundan da aşağı ola bilər. Arktika buzlaqları ilə bağlı müşahidələrə dair yekun hesabat oktyabr ayında təqdim olunacaq.
# 1566

Oxşar yazılar