Trayan Basesku Rumıniya prezidenti vəzifəsinə qayıtdı
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Konstitusiya Məhkəməsi prezidentin impiçmenti məsələsi ilə bağlı referendumu baş tutmamış sayıb.
Senatın sədri Krin Antonesku da 52 gün icra etdiyi dövlət başçısı səlahiyyətlərini dayandırıb.
Qeyd edək ki, referendumda ən azı seçicilərin 50 faizi iştirak etməsi zəruri olsa da, yalnız seçicilərin 46,24 faizi referendumda iştirak edib. Referenduma qatılanların 87,52 faizi dövlət başçısının istefa verməsini dəstəkləyib, 11,15 faiz bunun əleyhinə səs verib.

856