“Bolaven” Koreyanı dağıdır
Bu gün güclü külək və leysan yağışla müşahidə olunan “Bolaven” qasırğası Koreya yarımadasının qərb sahillərini vurub.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, küləyin sürəti saniyədə 50 metrə çatır, ağacları kökündən çıxarır, elektrik xətlərini qırır. Koreya Respublikasında 50 mindən çox ev elektrik enerjisindən məhrum olub. “Bolaven” qasırğası Çecudo adası sahillərində iki Çin balıqçı gəmisini də batırıb və 34 heyət üzvündən yalnız 6 nəfəri xilas etmək mümkün olub. Adada 17 yaşayış kompleksi ciddi zərər gördüyü və dağıldığı üçün insanları evakuasiya etmək lazım gəlib.
Hidrometeoroloqlar paytaxt Seulu qasırğa vuracağı barədə xəbərdarlıq ediblər. Şəhərə 100 mm-ə qədər yağıntı düşəcəyi proqnozlaşdırılır. Paytaxtda və digər rayonlarda bütün məktəblər bağlanıb. Çecudo adası və Seula planlaşdırılan bütün aviareyslər ləğv edilib.

1068