ABŞ-ın daha bir bankının İranla əlaqəsi üzə çıxdı
ABŞ İranla maliyyə əməliyyatı aparan və ya aparmış bankları sorğu-suala çəkməkdədir. Lent.az-ın BBC-yə istinadən məlumatına görə, «UniCredit» maliyyə sanksiyasının tələblərini pozması ilə bağlı ittihamlar üzrə Amerikanın istintaq qurumları ilə əməkdaşlıq edəcəyini təsdiqləyib.
Almaniyanın «HypoVereinsbank»ı da istintaqın nəzarəti altındadır. Bu maliyyə qurumu 2005-ci ildən «UniCredit»in filialı kimi fəaliyyət göstərir.
Bir müddət öncə Britaniyanın da iki bankına qarşı oxşar ittiham irəli sürülüb.
Bu ilin yanvranda «UniCredit»dən bildirmişdilər ki, bankın qruplarından birinin üzvü sanksiya rejiminin pozulması ilə bağlı ifadə verib.
Ancaq indi bank İranla birbaşa maliyyə əməliyyatı apardığından belə söz açmır.
Xatırladaq ki, bu ilin iyulunda ABŞ Senatı İranın «çirkli pulları» yuması ilə bağlı hesabatını açıqlamışdı. Avqustda isə ABŞ-ın Maliyyə Nəzarəti orqanı Britaniyanın «Standard Chartered» bankını ittiham edib.
Mənbə bildirib ki, ingilislərin bu maliyyə qurumu İranla qeyri-leqal bank əməliyyatı apararaq, 250 milyard dolları «yuyub». ABŞ-ın nəzarət qurumu bu bankı «dələduz təşkilat» adlandırıb.
Sədrəddin Soltan

992