Suriyada yaşayan çərkəzlər də Rusiyaya axışır - FOTO
27 avqust 2012 16:52 (UTC +04:00)

Suriyada yaşayan çərkəzlər də Rusiyaya axışır - FOTO

Suriyada münaqişə başlayandan bu ölkədə yaşayan çərkəzlər də Şimali Qafqaza köç etməyə başlayıb. Lent.az-ın kavkaz-news.info-ya istinadən verdiyi məlumata görə, artıq təkcə Kabardin-Balkar respublikasına 400 çərkəz ailəsi köçüb.



“Cəmi 5 min dollar pulum vardı. Mən bu pula anamı, qardaşımı və öz ailəmi birtəhər Dəməşqdən çıxara bildim. Evim, bütün varidatım orda qaldı. Orda yaşamaq artıq qeyri-mümkündür” - deyə, qaçqınlardan biri bildirib.



Rusiya KİV-nin məlumatına görə isə, hazırda Suriya ərazisində 200 mindən çox çərkəz yaşayır. Onların da çoxu etnik vətənlərinə qayıtmaq niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1223

Oxşar yazılar