Fələstin lideri yəhudi solçularla görüşüb
27 avqust 2012 16:52 (UTC +04:00)

Fələstin lideri yəhudi solçularla görüşüb

Ötən gün İsrail siyasiləri ilə Fələstin Muxtariyyatının sədri Mahmud Abbas arasında görüş keçirilib. Lent.az-ın «MIGnews»-a istinadən məlumatına görə, fələstinli lider «MERETS» Partiyasının başçısı Zahavay Qalonla Ramalladakı görüşdə «iki dövlət» siyasətinə (Fələstin və İsrail) sadiq qaldığını vurğulayıb.



M.Abbas solçuların nümayəndə heyəti ilə görüşdə onu da qeyd edib ki, cari ilin sentyabrında BMT-dən Fələstin dövlətini tanımasına çalışacaq.



Yəhudi siyasətçilər İsrailin xarici işlər naziri Aviqdor Libermanın Mahmud Abbasa qarşı apardığı siyasi kampaniyanı qınayıblar.



Xatırladaq ki, ötən həftə Liberman Yaxın Şərq üzrə «kvartet»ə (ABŞ, Avropa Birliyi, BMT və Rusiya) məktub göndərərək, onları Fələstində seçkilərin keçirilməsi tarixini təyin etməyə çağırıb. Solyönlü mənbələr nazirin bu məktubunu «Mahmud Abbasın devrilməsi» kimi dəyərləndirir.



Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 731

Oxşar yazılar