Kadırov İnquşetiyaya qarşı torpaq iddiası irəli sürdü
27 avqust 2012 16:45 (UTC +04:00)

Kadırov İnquşetiyaya qarşı torpaq iddiası irəli sürdü

Çeçenistan prezidenti Ramzan Kadırov İnquşetiya ilə sərhədlərin müəyyən edilməsi barədə Moskvaya müraciət etməyə hazırlaşır. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, Kadırov rəsmi Nazranı Çeçenistana məxsus Qoraqorsk rayonunun torpaqlarını ələ keçirməkdə ittiham edib. Kadırov bildirib ki, min hektarlarla torpaq İnquşetiyalı yüksək çinli məmurlar tərəfindən zəbt edilib.



“İnquşetiya ilə sərhədlərin qəti şəkildə müəyyənləşdirilməsi məsələsini federal səviyyədə qaldıracam. Qonşu respublika ilə dəqiq sərhədlərimiz olmalıdır. Zəbt olunan ərazilər isə çeçen torpaqlarıdır”.



RİA Novosti-nin məlumatına görə, İnquşetiya rəsmiləri Kadırovun bu bəyanatını hələ ki şərh etməyiblər. Ekspertlərin fikrincə, İnquşetiya prezidenti Yunus Bek Yevkurovla Ramzan Kadırovun arası olduqca soyuqdur. Tərəflər zaman-zaman biri-birilərini bu və ya digər məqamlarla bağlı ittiham ediblər.



Bu ittihamların kulminasiya nöqtəsi isə Kadırovun Putinə müraciət edərək İnquşetiyada antiterror əməliyyatı aparmaq niyyətində olduğunu bildirməsi idi. Həmin vaxt Yevkurov çox sərt şəkildə Kadırovun cavabını vermişdi.



İndiki torpaq iddiası isə vəziyyəti yenə də gərginləşdirə bilər.



Səbuhi
# 1070

Oxşar yazılar