Suriyada itkin düşən türk jurnalistin görüntüləri yayımlandı
27 avqust 2012 14:10 (UTC +04:00)

Suriyada itkin düşən türk jurnalistin görüntüləri yayımlandı

Ötən həftə Suriyada qaçırılan türkiyəli jurnalist Cüneyt Ünalın video-görüntüləri yayımlanıb. Lent.az-ın “Haberturk”ə istinadən verdiyi məlumata görə, Suriyanın “Əl İhbariye” televiziya kanalının yayımladığı qısa görüntülərdə jurnalistin səhhətinin yaxşı durumda olduğu, amma onun yorğun və sifətində qançırlar olduğu görünür.

Jurnalist açıqlamasında Əsəd rejiminə qarşı vuruşan üsyançılar arasında xeyli əcnəbi olduğunu deyir. Ünal həmçinin, Suriyaya silahlı qrupların müşayiəti ilə getdiyini də bildirir. Açıqlamadan əvvəl isə jurnalistin qumbaraatanla çəkilən görüntüsü nümayiş olunur.
# 2127

Oxşar yazılar