Ayın fatehi öldü - FOTO
26 avqust 2012 23:25 (UTC +04:00)

Ayın fatehi öldü - FOTO

Lent.az-ın Reuters-ə istinadən məlumatına görə, astronavtın ölümünün səbəbi bu ayın əvvəlində koronar artiyalarda aparılmış cərrahiyyə əməliyyatından sonrakı ağırlaşma olub.



1969-cu ilin iyulunda Armstronq, Ayın səthinə enmək tapşırığı almış “Apollon-11” kosmik gəmisinin ekipajına rəhbərlik edirdi. 1969-cu il iyulun 20-də Nil Armstronq tarixdə Ayın səthinə ilk ayaq basmış insan oldu. Tərəfdaşı Edvin Oldrinlə bərabər o, Yerin təbii peykində 2 saat yarıma qədər vaxt keçirdi.



Nil Olden Armstronq 1930-cu il avqustun 5-də Ohayo ştatının Vapakoneta şəhərində anadan olub. Hərbi xidməti ABŞ hərbi dəniz qüvvələrinin tərkibində keçib. Xidmət zamanı 1951-1952-ci illərdə Koreya müharibəsində iştirak edib və 78 döyüş uçuşu keçirib.



Hərbi xidmətdən sonra o, sınaqçı-pilot kimi fəaliyyət göstərib. 1962-ci ildə NASA-nın astronavtlar qrupuna daxil edilib. 1966-cı ildə “Cemini-8” missiyasının tərkibində kosmosa ilk uçuşunu edib.



1971-ci ildə Armstronq NASA-dan ayrılıb, müəllimlik və biznes fəaliyyətilə məşğul olub.
# 3265

Oxşar yazılar