Vəba qurbanlarının sayı 220 nəfərə çatdı
25 avqust 2012 15:07 (UTC +04:00)

Vəba qurbanlarının sayı 220 nəfərə çatdı

Syerra-Leonda yanvar ayından başlayan vəba epidemiyasının qurbanlarının sayı 220 nəfərə çatıb.

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Qərbi Afrikanın bu ölkəsinin növbəti iki rayonunda da vəba yayılıb.

Səhiyyə Nazirliyi ölkənin 12 rayonunun 10-da xəstəliyin yayıldığını, 12 min 140 nəfərin vəbaya yoluxduğunu açıqlayıb. Kanalizasiya şəbəkəsinin olmaması, insanların çirkli sudan istifadə etməsi nəticəsində paytaxtda əhalinin sıx yaşadığı məhəllələrdə xəstəlik daha geniş yayılıb.

Artıq vəba qonşu Qvineyada, o cümlədən Mali və Nigerdə də yayılır. Bu ölkələrdə 82 nəfər ölüb.
# 1542

Oxşar yazılar