Berluskoni təkzib etdi, aktrisa uşaq saldırdı...
25 avqust 2012 14:42 (UTC +04:00)

Berluskoni təkzib etdi, aktrisa uşaq saldırdı...

İtaliyanın sabiq baş naziri Silvio Berluskoni aktrisa Sabina Beqanın dünyaya gətirəcəyi uşağın atasının o olması barədə bəyanatına münasibətini açıqlayıb.

Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Silvio Bkerluskoni aktrisanın söylədiklərinin reallıqla heç bir əlaqəsinin olmadığını bildirib.

Qeyd edək ki, Sabina Beqan avqustun 24-də İtaliyanın “Il Fatto Quotodiano” qəzetinə müsahibəsində Silvio Berluskonidən hamilə olduğu barədə müsahibə verib. 38 yaşlı aktrisa 2008-ci ildən İtaliyanın sabiq baş naziri ilə münasibətlərinin başladığını, yalnız onunla intim əlaqədə olduğu üçün uşağın atasının da Silvio Berluskoni olduğuna əminliyini dilə gətirib. Lakin aktrisa elə dünən axşam avqustun “Dagospia” internet nəşrinə açıqlamasında 24-də artıq uşaq saldırdığın söyləyib.
# 2043

Oxşar yazılar